ABŞ-na məxsus hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-na məxsus qırıcı təyyarə qalxışdan bir müddət sonra Yaponiyanın Okinava adasında qəzaya uğrayıb.

1086205
ABŞ-na məxsus hərbi təyyarə qəzaya uğrayıb

ABŞ Dəniz Donanmasından mövzu ilə bağlı yayılan məlumatda bildirilib ki, ABŞ-na məxsus Ronald Reagan adına hərbi gəmidən uçuşa keçən F-18 tipli qırıcı təyyarə, Yaponiyanın Okinava şəhəri yaxınında Filippin dənizinə düşüb. Texniki nasazlığın səbəb olduğu qəzadan təyyarənin iki pilotu sağlam xilas olub.

Qeyd edək ki, ötən ay da eyni təyyarə gəmisindən qalxan bir MH-60 tipli təyyarə qəzaya uğramışdı.



Әlaqәli Xәbәrlәr