Pakistan Türkiyəni Çin-Pakistan İqtisadi Dəhlizi Layihəsinə qoşulmağa dəvət etdi

Pakistan parlamentinin alt qanadı  olan Milli Məclisin sədri Əsəd Kaiser Türkiyəni Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) Layihəsinə qoşulmağa dəvət etdi.

1083868
Pakistan Türkiyəni Çin-Pakistan İqtisadi Dəhlizi Layihəsinə qoşulmağa dəvət etdi

Pakistan parlamentinin alt qanadı  olan Milli Məclisin sədri Əsəd Kaiser Pakistan dövlət radiosuna müsahibə verdi.
 
 Kaiser müsahibəsində: "Pakistan Türkiyə ilə əlaqələrinə əhəmiyyət verir və yeni hökumət bu münasibətləri daha da inkişaf etdirərək  gücləndirmək istəyir" dedi.
 
Səudiyyə Ərəbistanın da ötən aylarda qoşulduğu təxminən 75 milyard dollarlıq layihəyə Türkiyəni dəvət edən Kaiser: "CPEC iki qardaş ölkə olan Türkiyə və Pakistana iqtisadi baxımdan faydalı olacaq. Türkiyənin iştirakı bütün region ölkələrinin xeyrinədir" deyə danışdı.

Milli Məclisin sədri Türkiyənin İslamabaddakı səfiri İhsan Mustafa Yurdakulu da qəbul edərkən bu istəyini dilə gətirdi. 

Yurdakul da görüşdə Türkiyənin Pakistanla əlaqələrinə əhəmiyyət verdiyini qeyd etdi, əlaqələrin inkişaf etməsi üçün lazımi şəraitin yaradılacağına söz verdi.
 
Türkiyə səfiri Kaiseri dekabrın 14-də İstanbulda keçiriləcək "Qüds Üçün Parlamentlər İttifaqı"nın toplantısına dəvət etdi.
 
Qeyd edək ki,  Çin ilə Pakistan arasında 2014-cü ildə bağlanan müqavilə çərçivəsində həyata keçən CPEC Çinin Sincan əyalətindən  başlayıb Pakistanın Qvadar limanında sona çatır.
 
 Quru yolu, dəmir yolu, neft və qaz boru kəməri, neft emalı zavodu və liman kimi böyük layihələri əhatə edən CPEC Çinə, Afrikaya və Yaxın Şərqə qısa və ucuz yolu təmin edəcək.
 
 CPEC Pakistana Çin mallarını dünyaya çatdıran ölkə mövqeyi qazandıracaq, ölkədə yeni iş yerlərinin açılmasına səbəb olacaq. 
 
 Layihəyə ötən aylarda qoşulan Səudiyyə Ərəbistanı isə ölkəsinin ən böyük ikinci neft emalı zavodunu Pakistanda yaratmaq qərarına gəldib. Bu sayədə Səudiyyə Ərəbistanı nefti Pakistan üzərindən Çinə daha qısa müddətdə çatdırılacaq.



Әlaqәli Xәbәrlәr