Fransadan deportasiya edilən miqrant sayı artdı

Fransadan deportasiya edilən qeyri-qanuni miqrantların sayında bu il 20% artım qeydə alınıb. Bunu Fransa Daxili İşlər naziri Kristof Kastaner deyib.

1083004
Fransadan deportasiya edilən miqrant sayı artdı

Fransa Daxili İşlər naziri Kristof Kastaner, Milli Məclisdə etdiyi çıxışında ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantların deportasiya edilmələri mövzusunda məlumat yayıb. O bildirib ki, yeni hökumət Fransada qeyri-qanuni miqrasiya ilə mübarizədə kəskin addımlar atır. 2018-də deportasiya edilən miqrantların sayında ötən ilə müqayisədə 20% artım qeydə alınıb. Qeyd edək ki, 2017-ci ildə Fransadan 14 min 816 miqrant deportasiya edilib.



Әlaqәli Xәbәrlәr