Dmitriy Peskov: "Putinin Netanyahu ilə Fransada görüşü planlaşdırılmayıb"

Rusiya prezidenti Vladimir Putinin İsrail Baş naziri Binyamin Netanyahu ilə Fransada görüşü planlaşdırılmadığı bildirildi.

1083461
Dmitriy Peskov: "Putinin Netanyahu ilə Fransada görüşü planlaşdırılmayıb"

Kreml sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin İsrail Baş naziri Binyamin Netanyahu ilə Fransada planlaşdırılan görüşü ilə bağlı yayılan xəbərlə bağlı açıqlama verdi.
 
 Peskov jurnalistlərin I Dünya müharibəsinə rəsmi olaraq son qoyan "Atəşkəs Günü"nün 100-cü ildönümü münasibətilə Fransanın paytaxtı Parisdə yadetmə mərasimlərində Putinin Netanyahu ilə keçirəcəyi görüşün ləğv edilib-edilməməsinə dair suallarını cavablandırdı.
 
 Görüşün ləğvinə dair xəbərlərin həqiqətə uyğun olmadığını qeyd edən Peskov: "Bu görüş heç planlaşdırılmayıb ki, ləğv edilsin" dedi.

 Qeyd edək ki, İsrail Dövlət Yayım Təşkilatı (KAN) İsrailin Baş naziri Netanyahu ilə Rusiya prezidenti Vladimir Putinin Suriya məsələsindəki gərginliyin davam etməsi səbəbindən Parisdə keçiriləcəyi planlaşdırılan görüşün ləğv edildiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr