İsveçrə sanksiyalara qarşıdır

İsveçrə Konfederasiyasının prezidenti Alen Berset İran ilə 2015-ci ildə bağlanan nüvə müqaviləsinin qüvvədə qalmasının vacibliyindən danışdı.

1082215
İsveçrə sanksiyalara qarşıdır

İsveçrə Konfederasiyasının prezidenti Alen Berset İsveçrənin paytaxtı Berndə İsveçrə Xarici Jurnalistlər Dərnəyinin (APES) keçirdiyi mətbuat konfransında iştirak etdi.
 
 Berset konfransda Amerika Birləşmiş Ştatlarının İrana qarşı 2015-ci il nüvə müqaviləsi çərçivəsində dayandırılan bütün sanksiyalarını yenidən tətbiq etmək qərarından danışdı.
 
 Berset İsveçrənin İranla bağlanan nüvə müqaviləsini hər zaman müdafiə etdiyini bildirərək dedi: "İran bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdi. İyul ayında İran prezidenti Həsən Ruhani ilə görüşümüz əsnasında ona müqavilənin bizim üçün əhəmiyyətli olduğunu söylədimişdim".
 
 İrana qarşı sanksiyaların bərpası qərarı daha əvvəl də açıqlandığı üçün sürpriz olmadığını ifadə edən prezident sözügedən sanksiyaların gələcəkdə İran ilə işləri daha da çətinləşdirəcəyini bildirdi.
 
Xatırladaq ki,  ABŞ prezidenti Donald Tramp mayın 8-də nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etdiyini bildirmiş, İranın ABŞ dollarını əldə etməsinin, dövlət istiqrazı satmasınının, qızıl və digər qiymətli metallarla, polad, alüminium, kömür ticarət ilə məşğul olmasının, sərnişin təyyarəsi, və ya təyyarə hissələrini idxal etməsinin qarşısını alan sanksiya paketini avqustun 7-də rəsmən həyata keçirmişdi.
 
 ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi isə 180 günlük müddətdən sonra ötən gün qüvvəyəə mindi.
 
Bu  paketə görə, İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər gətiriləcək, iqtisadiyyatı əsasən neftə söykənən İranın neftin və neft məhsullarının satışına sanksiyalar tətbiq olunacaq.



Әlaqәli Xәbәrlәr