Con Bolton:‘‘Sanksiyalar artırılacaq’’

Ağ Evin  milli təhlükəsizlik  mәsәlәlәri üzrә məsləhətçisi Con Bolton bildirib ki, İrana daha çox sanksiya tәtbiq edәcәyik.

1082336
Con Bolton:‘‘Sanksiyalar artırılacaq’’

Ağ Evin  milli təhlükəsizlik  mәsәlәlәri üzrә məsləhətçisi Con Bolton bildirib ki, İrana daha çox sanksiya tәtbiq edәcәyik.

Con Bolton Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Trampın İranla 2015-ci ildә әldә olunan nüvә sazişindәn çıxması sәbәbindәn mәrhәlәli olaraq bәrpa olunan sanksiyalar ilә bağlı bәyanat verib.

Amerikanın Fox News televiziya kanalına müsahibә verәn Con Bolton deyib: ‘‘ İrana daha çox sanksiya tәtbiq edәcәyik’’.

İrana qarşı yeni addımlar atacaqlarını vurğulayan Bolton: ‘‘Sanksiyalar artırılacaq’’ deyә qeyd edib.

Xatırladaq ki,  ABŞ prezidenti Donald Tramp mayın 8-də nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etdiyini bildirmiş, İranın ABŞ dollarını əldə etməsinin, dövlət istiqrazı satmasınının, qızıl və digər qiymətli metallarla, polad, alüminium, kömür ticarət ilə məşğul olmasının, sərnişin təyyarəsi, və ya təyyarə hissələrini idxal etməsinin qarşısını alan sanksiya paketini avqustun 7-də rəsmən həyata keçirmişdi.
ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi isə 180 günlük müddətdən sonra ötən gün qüvvəyə minmişdi.
ABŞ dövlәt katibi Mayk Pompeo  məsələ ilə bağlı keçirdiyi mətbuat konfransında  İrana tətbiq ediləcək ikinci sanksiya paketinin isә  müvәqqәti olaraq aralarında Türkiyәnin dә olduğu 8 ölkәyә şamil olunmadığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr