Avropa İttifaqı Səudiyyə Ərəbistanını Türkiyə ilə əməkdaşlıq etməyə çağırdı

Avropa İttifaqı Səudiyyə Ərəbistanını Camal Xaşoqçi cinayəti ilə bağlı Türkiyə ilə əməkdaşlıq etməyə çağırdı.

1082776
Avropa İttifaqı Səudiyyə Ərəbistanını Türkiyə ilə əməkdaşlıq etməyə çağırdı

Avropa İttifaqı Səudiyyə Ərəbistanını Camal Xaşoqçi cinayəti ilə bağlı Türkiyə ilə əməkdaşlıq etməyə çağırdı.
 
 Avropa İttifaqı Komissiyasının sözçüsü Maja Kocijancic Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçinin öldürülməsi cinayəti ilə əlaqədar Anadolu Xəbər Agentliyinə müsahibə verdi.
 
Kocijancic: "Səudiyyə Ərəbistanı rəsmilərinin məsələyə dair bütün məlumatları təmin etməsi və bu hadisəyə görə məsuliyyət daşıyanları məhkəmə qarşısına çıxarmasını gözləyirik. Bu, Türkiyə rəsmiləri ilə tam əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir. Aİ  prosesin başından bəri Səudiyyə rəsmilərinə şəffaf və sürətli bir istintaq ilə cinayəti təhqiq etməyə çağırıb. Məsələ ilə bağlı Səudiyyə rəsmiləri ilə əlaqə qurmağa davam edirik" dedi.
 
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasında: "Maktul Camal Xaşoqçi 2 oktyabr 2018-ci il tarixində evlilik məsələləri üçün getdiyi Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda daha əvvəldən tərtib olunmuş plan əsasında binaya girər-girməz boğularaq öldürülüb. Cəsədi yenə plana uyğun şəkildə parçalanaraq məhv edilib" deyilmişdi.



Әlaqәli Xәbәrlәr