ABŞ-da növbədənkənar ara seçkilər keçirildi

Amerika Birləşmiş Ştatlarında ara seçkilərdən əvvəl keçirilən növbədənkənar səsvermədə 34 milyon seçici iştirak etdi.

1082308
ABŞ-da növbədənkənar ara seçkilər keçirildi

Amerika Birləşmiş Ştatlarında ara seçkilərdən əvvəl keçirilən növbədənkənar səsvermədə 34 milyon seçici iştirak etdi.
 
Növbədənkənar səsvermə prosesini təqib edən Florida Universitetinin "Seçki Layihəsi" şöbəsinin yaydığı məlumatda səsvermə faizinin əvvəlki ara seçkilərlə müqayisədə artdığı bildirilir.
 
Məlumata görə, 2014-ci ildə keçirilən ara seçkilərin növbədənkənar səsvermə prosesində 27 milyon səs verildiyi halda, bu il bu rəqəm 34 milyona çatıb.
 
Bəzi ştatlarda verilən səs sayının əvvəlki ara seçkilərdəki ümumi səs sayını da keçdiyi ifadə olunur.
 
 Universitetin məlumatında bu ana qədər istifadə edilən səslərin 42%-nin demokratlara,  36%-nin isə respublikaçılara verildiyi təxmin olunur.
 
 Ekspertlər ABŞ mediasında ara seçkiləri şərh edərək, ABŞ prezidenti Donald Trampın dediklərini qəbul edən təbəqələrlə Trampa qarşı olanlarar asındakı qütbləşmənin daha çox seçicinin iştirakına səbəb olduğunu düşünürlər.
 
 ABŞ-da qanuni olaraq 37 ştatda növbədənkənar səsvermə hüququ var.
 
 Ölkədə  keçiriləcək ara seçkilərdə ABŞ Konqresinin alt qanadı olan Nümayəndələr Palatası bütünlüklə, Senatda 35 senator və 36 ştatın qubernatoru dəyişəcək.
 
 Keçirilən son sorğuların nəticələrinə görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında çoxluq əldə edəcək, Senatda isə Respublikaçılar Partiyası  mövcud əksəriyyəti qoruyub saxlayacaq.



Әlaqәli Xәbәrlәr