Arif Alvi: "Yaxın zamanda Türkiyə və Pakistan Azad Ticarət Müqaviləsini imzalayacaqlar"

Pakistan prezidenti Arif Alvi Türkiyə ilə Pakistanın yaxın zamanda Azad Ticarət Müqaviləsini imzalayacaqlarını açıqladı.

1081019
Arif Alvi: "Yaxın zamanda Türkiyə və Pakistan Azad Ticarət Müqaviləsini imzalayacaqlar"

 Pakistan prezidenti Arif Alvi Karaçi Ticarət və Sənaye Palatasının təşkil etdiyi  sərgidə iştirak etdi.

Burada çıxış edən prezident Türkiyə ilə Pakistan arasındakı ticari əlaqələrdən bəhs etdi.
 
 Alvi İstanbula etdiyi səfərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azad Ticarət Müqaviləsi haqqında fikir mübadiləsi apardıqlarını qeyd edərək: "Yaxın zamanda Türkiyə və Pakistan Azad Ticarət Müqaviləsini imzalayacaqlar. İkitərəfli ticarəti artırmaq üçün daha ciddi və konkret addımların atılmasına qərar verdik" dedi.
 
 Türkiyəli sərmayəçilərin Pakistana olan marağından danışan Alvi: "4 Türk şirkəti Pakistana yarım milyard dollarlıq sərmayə qoymağa hazırdır" dedi.
 
 Qeyd edək ki, Pakistan prezidenti Arif Alvi 29 Oktyabr Cümhuriyyət bayramı və İstanbul Hava Limanının açılışı münasibətilə Türkiyəyə gəlmiş, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.



Әlaqәli Xәbәrlәr