Avropa ABŞ-a qarşı birgə bəyanat açıqladı

Avropa İttifaqı (Aİ), İngiltərə, Almaniya və Fransa verdikləri birgə bəyanatda Amerika Birləşmiş Ştatlarının İrana təkrar sanksiya tətbiqetmə qərarına üzüldüklərini bildirib.

1080778
Avropa ABŞ-a qarşı birgə bəyanat açıqladı

    Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini (Federica Mogherini), Fransanın Xarici İşlər naziri Jan-İv le Drian (Jean-Yves Le Drian), İngiltərənin Xarici İşlər naziri Ceremi Hant (Jeremy Hunt), Almaniya Xarici İşlər naziri Heiko Maas və sözügedən üç ölkənin müdafiə nazirləri ABŞ-ın 2015-ci il nüvə müqaviləsi çərçivəsində bütün İran sanksiyalarını yenidən tətbiqetmə qərarına qarşı birgə bəyanat verib.

  Bəyanatda yazılır:

  “ABŞ-ın İrana yeni sanksiya tətbiqetmə qərarına dərin təəssüf hissilə yanaşırıq.  

 İran nüvə sazişinin qlobal nüvə silahlarından təmizlənmə işlərinin əsasını təşkil edir.

  Müqavilə Avropa, region və bütün dünyanın təhlükəsizliyi üçün kilid əhəmiyyətə malikdir.

  İran nüvə sazişində funksional oldu və şərtlərə əməl etdi. Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) 12 fərqli hesabatında İranın müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi bildirilir. İran yenə nüvə öhdəliklərini yerinə yetirməyə davam etməkdədir.

  Nüvə müqaviləsi əslində İrana qarşı sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

  Buna görə də tərəflər Aİ hüququna uyğun şəkildə İranla qanuni yollarla ticarət aparan Avropa iqtisadi aktyorlarını qoruyacaq.

  İran nüvə razılaşmasına tərəfdar ölkələr İranla maliyyə kanallarını açıq saxlamaq məsələsində qərarlıdır. İranla təbii qaz və neft ixracı da davam etdiriləcək. Bu çərçivədə Rusiya və Çin də daxil olmaqla, İran nüvə müqaviləsini dəstəkləyən ölkələrlə birgə işlər sürəcək.

  Son həftələr, xüsusilə, ABŞ sanksiyalarını aradan qaldırmağı hədəfləyən yeni bir ticarət mexanizm üzərində gedən işlər intensiv xarakter alıb. Bununla əlaqədar İranla ticarət etmək istəyən Avropa şirkətlərinə imkanlar yaradılacaq. Bu işləri sona çatdırmaq məsələsində son dərəcə qərarlıyıq.”

  Xatırladaq ki, ABŞ rəhbərliyi 2015 nüvə müqaviləsi çərçivəsində qaldırılan bütün İran sanksiyalarının yenidən həyata keçiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr