"ABŞ-ın yeni destruktiv addımlarını qətiyyətlə pisləyirik"

Rusiya, Amerika Birləşmiş Ştatlarının İrana qarşı yeni sanksiyalarına baxmayaraq, İranla əlaqələri davam etdirəcəklərini bildirib.

1080944
"ABŞ-ın yeni destruktiv addımlarını qətiyyətlə pisləyirik"

   Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “ABŞ-ın nüvə tərksilah və silah nəzarətinə qarşı beynəlxalq hüquqi yolları viran etmək üçün atdığı addımları dərin narahatlıq və ümidsizliklə qarşılayırıq.

  ABŞ Nüvə Silahının Yayılmaması Müqaviləsinə (NPT) güclü zərbə vurdu. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarını heçə sayan və İranla əlaqəli üçüncü ölkələrə də təktərəfli tətbiq edilən bütün sanksiyaları rədd edirik. Uzun dövrlü təcrübələr də göstərir ki, təzyiqlə İranın imtiyazlarını almaq olmaz.

  Beynəlxalq ictimaiyyət yalnız bir ölkə tərəfindən atılan addımlarla diplomatik uğurların zərər görməsinə icazə verməməlidir.

  ABŞ-ın İrana qarşı yeni sanksiyaları Əhatəli Birgə Fəaliyyət Planı (KOEP) nüvə müqaviləsinə də qarşıdır.

  Rusiya, ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla ticarət və iqtisadi əlaqələri davam etdirmək üçün lazım olan addımları atacaq.

  ABŞ-ın yeni destruktiv addımlarını qətiyyətlə pisləyirik".

  Xatırladaq ki, ABŞ rəhbərliyi 2015-ci il nüvə müqaviləsi çərçivəsində qaldırılan bütün İran sanksiyalarının 5 noyabrdan etibarən yenidən həyata keçiriləcəyini, ancaq 8 ölkəyə neft ticarətində müvəqqəti olaraq sərbəstlik verəcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr