Hizer Noyert ABŞ-ın BMT-dəki daimi nümayəndəsi ola bilər

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Nikki Heylinin istefa qərarından sonra ölkənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi vəzifəsinə olan namizədinin Dövlət Departamentinin sözçüsü Hizer Noyert olduğu iddia edildi.

1080414
Hizer Noyert ABŞ-ın BMT-dəki daimi nümayəndəsi ola bilər

ABŞ-da CNN televiziyası Trampın müşavirlərinə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə gətirməyi düşündüyü şəxsin Hizer Noyert olduğunü söylədiyini və bu həftə Noyertə bu vəzifəni təklif edəcəyini bildirdi.
 
Noyertin namizədliyinin verilməsi və  ABŞ Senatında bu namizədliyin təsdiq edilməsi halında Noyert Dövlət Departamentinin çözçüsü vəzivəsini buraxaraq, Nikki Heylinin yerini tutacaq.
 
 Trampın ölkənin  BMT-dəki daimi nümayəndəsi vəzifəsinə ABŞ-ın Almaniyadakı səfiri Riç Grennelli, Fransadakı səfiri Jemi Maccourtu və Kanadadakı səfiri Kelli Kraftı da namizəd göstərməyi düşündüyü barədə xəbərlər Amerikan mediasında yayılmışdı.
 
 Qeyd edək ki, Trampın kabinetində çox az sayda qadınlardan biri, Hindistan mənşəli miqrant bir ailədən olan Nikki Heyli sürpriz bir şəkildə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsindən istefa verəcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr