Dmitriy Medvedev Qazaxıstanda rəsmi səfərdədir

Rusiya Baş naziri Dmitriy Medvedev Qazaxıstanda rəsmi səfərdədir.

1080339
Dmitriy Medvedev Qazaxıstanda rəsmi səfərdədir
medvedev-nazarbayev1.jpg

Rusiya Baş naziri Dmitriy Medvedev Qazaxıstanda rəsmi səfərdədir.
 
 Medvedevi paytaxt Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayev qəbul etdi.
 
 Nazarbayev qəbulda çıxış edərək, iki ölkə arasında etibarlı və dinamik inkişaf edən qarşılıqlı əlaqələrin strateji əhəmiyyət daşıdığını nəzərə çatdırdı.
 
Qazaxıstan prezidenti: "Bir neçə müddət bundan əvvəl  prezident Vladimir Putin ilə görüşüm oldu. Bizim nümunəvi ikitərəfli münasibətlərimiz var və bu münasibətləri qorumalıyıq" dedi.
 
 Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi (MDB) kimi təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məsələlərinə toxunan Nazarbayev iki ölkə arasındakı ticari iqtisadi əlaqələrin genişləndirilməsində iki ölkə hökumətlərinin mühüm rol oynadığını vurğuladı.
 
 Baş nazir Dmitri Medvedev isə ölkələri arasındakı ticarət həcmindəki artımın səmərəli əməkdaşlığın nəticəsi olduğunu bildirdi.
 
 Medvedev: "Qazaxıstan Rusiyanın strateji tərəfdaşı və müttəfiqidir. Həm yüksək səviyyəli sıx əlaqələrimiz, həm də biznes dairələri arasında yüksək səviyyəli əlaqələr münasibətlərimiz miqyasını və dərinliyini göstərir"dedi.
 
 Daha sonra Medvedev Qazaxıstan Baş naziri Bakıtcan Sagintayev ilə görüşdü.
 
 Görüşdə ölkələr arasındakı əlaqələr ətrafında fikir mübadiləsi oldu.



Әlaqәli Xәbәrlәr