"Avstriya Mühacirət Müqaviləsinə imza atmayacaq", H.K.Streşe

Avstriya Nazirlər Kabinetində keçirilən iclasdan sonra təşkil edilən mətbuat konfransında H.K.Streşe koalisiya hökumətinin BMT-nin Miqrasiya Müqaviləsinə dair qərarını açıqlayaraq deyib...

1079168
"Avstriya Mühacirət Müqaviləsinə imza atmayacaq", H.K.Streşe

  Avstriyanın baş nazir müavini və İdman naziri Haynts-Kristian Streşe (Heinz-Christian Strache) ölkəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Mühacirət Müqaviləsinə imza atmayacağını bildirdi.

  Avstriya Nazirlər Kabinetində keçirilən iclasdan sonra təşkil edilən mətbuat konfransında H.K.Streşe koalisiya hökumətinin BMT-nin Miqrasiya Müqaviləsinə dair qərarını açıqlayaraq deyib:

  “Müqavilənin hüquqi əlaqəliliyi bir tərəfə, onun mətnində yer alan bir çox başlıq Avstriya hökumət proqramı ilə daban-dabana ziddir. Buna görə də BMT-nin Miqrasiya Müqaviləsi maddələrini dəstəkləmir və tətbiq etmək istəmirik.

  Məsələ yenə də çox sayda hüquqşünas və ekspert tərəfindən araştırılır.

  Suverenliyimizi qorumaq üçün ölkəyə gələcək qaçqınlarla bağlı başqası deyil, Avstriya hökuməti özü qərar verməlidir.

  Köç həm də insan haqlarıdır. Müqavilədə qanuni və qeyri-qanuni qaçqınlar arasında fərq qoyulmur, əmək, səhiyyə və sosial hüquqlar baxımından milli qanunlar nəzərə alınmayıb.

   Mərakeşdə BMT tərəfindən təşkil olunacaq konfransda qaçqın və köçkün məsələlərinə dair əsas maddələrin qəbul ediləcəyi toplantıya Avstriya öz nümayəndəsini yollamayacaq. Sözügedən müqavilədə iştirak etməmə səbəblərini məktubla BMT-yə göndərəcəyik.”

  Beləliklə, Avstriya bu qərarla Amerika Birləşmiş Ştatları, Avstraliya və Macarıstandan sonra BMT-nin Miqrasiya Müqaviləsini qəbul etməyən 4-cü ölkə oldu.

  Qeyd edək ki, BMT-nin Miqrasiya Müqaviləsində yer alan maddələr Mərakeşin Marrakeş şəhərində 10-11 dekabr tarixlərində keçiriləcək konfransla qəbul ediləcək və 2019-cu ilin sentyabrında BMT Baş Assambleyasında səsverməyə qoyulacaq.



Әlaqәli Xәbәrlәr