Almaniya ordusunda inventar böhranı

Almaniya Müdafiə Nazirliyi Silahlı Qüvvələrə 2017-ci ildə verilən 97 nəqliyyat vasitəsindən yalnız 38-nin tam işlək halda olduğunu bildirdi.

1079712
Almaniya ordusunda inventar böhranı

Almaniya Müdafiə Nazirliyi Silahlı Qüvvələrə 2017-ci ildə verilən 97 nəqliyyat vasitəsindən yalnız 38-nin tam işlək halda olduğunu bildirdi.
 
 Ölkədə, eyni zamanda, 2017-ci ildə inventara daxil olan 4 "Eurofighter" tipli döyüş təyyarəsindən yalnız biri, 71 "Puma" tipli tankdan isə yalnız 27-si istifadəyə yararlı vəziyyətdədir.
 
 Alman media qurumu "Deutsche Welle"nin xəbərinə görə, işləməyən müdafiə vasitələri yalnız qırıcılar və tanklarla da məhdud deyil.
 
 2017-ci ildə təhvil  alınan 8 yük təyyarəsi A400m-dən 4-ü, 7 "Tiger" döyüş helikopterindən 5-i və 7 NH90 nəqliyyat helikopterindən də 3-ü istifadəyə yararsız vəziyyətdədir.
 
 Alman deputatı Matthias Höhnün tələb yazısından sonrası ortaya çıxan məlumatlara görə, inventara 2017-ci ildə əlavə olunan silahların  yalnız 39 %-i istifadəyə yararlıdır.
 
Silahların 61%-nin isə təmirə ehtiyacı vardır.
 
 
 
 



Әlaqәli Xәbәrlәr