ABŞ-da anadangəlmə vətəndaşlıq müzakirələri davam edir

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın anadangəlmə vətəndaşlıq tətbiqini qaldıracağı açıqlamasına Nümayəndələr Palatasının sədri Pol Ryan reaksiya göstərdi.

1079177
ABŞ-da anadangəlmə vətəndaşlıq müzakirələri davam edir

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın anadangəlmə vətəndaşlıq tətbiqini qaldıracağı açıqlamasına Nümayəndələr Palatasının sədri, Viskonsin senatoru, Respublika Partiyasından Pol Ryan reaksiya göstərdi.

  P.Ryan mövzu ilə bağlı mətbuat nümayəndələrinə bildirib:

  “Anadangəlmə ABŞ vətəndaşlığına bir prezident fərmanı ilə son qoyula bilməz.

  Hazırlanan prezident fərmanı ABŞ Konstitusiyasının 14-cü maddəsinə uyğun deyil.

  Sözügedən Konstitusiya maddəsinə dəyişiklik edə biləcək doğru unvan ABŞ Konqresidir.

  Əvvəlki prezident Barak Obama da miqrasiya qanunlarını prezident fərmanları ilə dəyişdirməyə çalışdı. Amma biz mühafizəkarlar yalnız Konstitusiyanı qəbul edirik.”

  Nümayəndələr Palatasının sədri, Viskonsin senatoru, Respublika Partiyasından olan Pol Ryanın əksinə olaraq Respublikaçıların öndə gələn adlarından biri, Cənubi Karolina senatoru Lindsey Qraham Donald Trampın anadangəlmə vətəndaşlıq çıxışına tam dəstək verdiyini bu sözlərlə açıqlayıb: ”Prezident bu absurd anadangəlmə vətəndaşlıq siyasətini sona çatdırmaq istəyir. Mən hər zaman geniş miqrasiya və fitri vətəndaşlıq tətbiqinin dayandırılmasını dəstəkləmişəm. Özüm ABŞ Senatında Trampın açıqlamasına uyğun bir qanun layihəsi təqdim etməyə hazırlaşıram.”

  Xatırladaq ki, bir neçə gün əvvəl D.Tramp ABŞ vətəndaşı olmayan ailələrin uşaqlarının ölkədə dünyaya gəlməsiylə vətəndaşlıq əldə etməsinin qarşısını almaqla bağlı çıxış etmiş və bunun bir prezident fərmanı ilə ola biləcəyini söyləmişdi.



Әlaqәli Xәbәrlәr