"Valideynləri vətəndaş olmayanların uşaqları da ABŞ vətəndaşı olmamalıdır", D.Tramp

Ağ Ev hüquqşünasları təklifi müzakirə edir.

1078346
"Valideynləri vətəndaş olmayanların uşaqları da ABŞ vətəndaşı olmamalıdır", D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp valideynləri vətəndaş olmayan, ABŞ-da dünyaya gələn uşaqların vətəndaşlıq əldə etmələrinə maneə törətməyi planlaşdırır.

  "Axios on HBO"da verdiyi açıqlamada, ABŞ vətəndaşı olmayanların və qaçqınların ölkədə doğulan uşaqlarına ABŞ vətəndaşlığı verilməsi tətbiqini başa çatdırmaq istədiyini söyləyib:

  “ABŞ prezidentinin belə bir addım atmasının qanuni olub-olmamasına gəlincə, bunu bir prezident sərəncamı ilə edə biləcəyimi deyirlər.

  Ağ Ev hüquqşünasları təklifi müzakirə edir.”

  Qeyd edək ki, ABŞ konstitusiyasının müəyyənləşdirdiyi haqq olan “anadangəlmə ABŞ vətəndaşlığı”nın qaldırılması prezidentin konstitusiyaya təkbaşına müdaxiləsi olaraq hüquqi mübahisələrə yol aça bilər.



Әlaqәli Xәbәrlәr