Arakan müsəlmanlarının ilk qrupu ölkələrinə qayıdacaq

Banqladeş və Myanma hökumətləri Arakan müsəlmanlarının ilk qrupunun ölkələrinə qayıtması məsələsində anlaşdı.

1078390
Arakan müsəlmanlarının ilk qrupu ölkələrinə qayıdacaq

  Banqladeş və Myanma hökumətləri Arakan müsəlmanlarının ilk qrupunun ölkələrinə qayıtması məsələsində anlaşdı.

  Banqladeş Xarici İşlər naziri Şahidul Hak (Shahidul Haque) myanmalı həmkarı Mint Tu (Myint Thu) ilə görüşündən sonra arakanlı müsəlmanların ilk qrupunun ölkələrinə qayıtmasıyla bağlı anlaşdıqlarını açıqlayaraq: “Qayıdış prosesi noyabr ayının ortalarından başlayacaq”, - deyib.

  İki ölkə nümayəndələrinin daxil olduğu birgə işçi qrupu 31 oktyabrda Banqladeşin Koks Bazar (Cox’s Bazar) şəhərindəki qaçqın düşərgələrinə baş çəkəcək.

  Banqladeşdəki düşərgələrdə 1 milyondan çox qaçqın yaşayır.



Әlaqәli Xәbәrlәr