Mayk Pompeo 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Türk xalqını təbrik etdi

ABŞ-ın Dövlət katibi Mayk Pompeo 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə təbrik mesajı yaydı.

1077844
Mayk Pompeo 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Türk xalqını təbrik etdi

ABŞ-ın Dövlət katibi Mayk Pompeo 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə təbrik mesajı yaydı.

Pompeo təbrik mesajında deyib ki, ABŞ hökuməti adından Türkiyə Cümhuriyyətinin qurulmasının 95-ci ildönümünü qeyd edən Türk xalqını təbrik edirəm. İki ölkə arasındakı güclü tərəfdaşlıq vətəndaşlarımızın təhlükəsizliyi və rifahı üçün böyük əhəmiyyət daşıyır. Ayrıca azadlıq, rifah, sabitlik və hüququn üstünlüyü kimi önəmli birgə hədəflərə təkan verir.

Pompeo NATO müttəfiqi iki ölkənin dünya miqyasında sülh və rifaha dəstək olmaq üçün onlarla ildir birlikdə cəhd göstərdiyinə diqqət çəkərək “Əfqanıstan və Suriyadakı təhlükəsizliklə əlaqəli əməkdaşlığımız güclü və davam edən tərəfdaşlığımız regional tədhidlərin qarşısının alınmasında kritik əhəmiyyətə malikdir” deyə bildirib.

Pompeo təbrik mesajında bunu da vurğulayıb ki, Türk xalqı Cümhuriyyət Bayramını qəyd edərkən, biz də iki ölkə arasındakı əlaqələri bir daha təsdiqləyir və ortaq maraqlarımıza və keçmişdəki güclü əlaqələrimizə əsaslanaraq gələcəkdə əməkdaşlığımızı gücləndirmək üçün cəhdlərimizi artırmağı səbirsizliklə gözləyirik.



Әlaqәli Xәbәrlәr