Tunis və Avropa İttifaqı arasında 270 milyon avroluq 4 müqavilə imzalandı

İmza mərasimi Tunisdəki Karfaca Sarayında keçirildi.

1076413
Tunis və Avropa İttifaqı arasında 270 milyon avroluq 4 müqavilə imzalandı

  Tunis və Avropa İttifaqı (Aİ) komissiyası arasında ədliyyə, energetika və xarici ticarət sahələri üzrə 270 milyon avro dəyərində 4 müqavilə imzalandı.

  İmza mərasimi Tunisdəki Karfaca Sarayında keçirildi.

  Müqavilələrə Tunis prezidenti Bacı Kaid es-Sibsi və Aİ Komissiyasının sədri Yan Klod Yunker (Jean-Claude Juncker ) imza atdı.

  Mərasimdəki nitqində Tunis iqtisadiyyatının son zamanlar irəlilə getdiyini söyləyən Sibsi Aİ-yə Tunislə bağlı “sinifləndirmə mövzusu”nu da gözdən keçirməyi tövsiyyə edib.

  Yan Klod Yunker də Aİ-nin "vergi cənnətləri siyahısı"nda “qara siyahı”dan çıxarılan və hazırda “boz siyahı”da olan Tunisin bu siyahıdan də çıxarılmasını məsləhət görüb. Eyni zamanda, Yunker Tunisin 2011-ci ildən bu yana bir milyondan artıq Liviya qaçqınını saxlayaraq Avropaya köçün azalmasına töhfə verdiyini dilə gətirib. O həm də bildirib ki, “Avropa İttifaqı nizamsız qaçqınlar mövzusunda əhatəli layihəyə başlamağı planlaşdırır. Köçkünlərin Avropaya girməsinə qapılarımızı bağlasaq, qeyri-qanuni yollarla gələcəklər. Ona görə biz Afrika və Avropa arasında qanuni miqrasiya təşkil etməliyik".



Әlaqәli Xәbәrlәr