BMT Ümumdünya Qida Proqramı İstanbul dördtərəfli zirvə görüşünü məmnuniyyətlə qarşıladı

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Qida Proqramı (WFP) Türkiyənin ev sahibliyində bu gün İstanbulda keçiriləcək Suriya mövzusunda dördtərəfli zirvə görüşünü məmnuniyyətlə qarşıladığını bildirdi.

1076463
BMT Ümumdünya Qida Proqramı İstanbul dördtərəfli zirvə görüşünü məmnuniyyətlə qarşıladı

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Qida Proqramı (WFP) Türkiyənin ev sahibliyində bu gün İstanbulda keçiriləcək Suriya mövzusunda dördtərəfli zirvə görüşünü məmnuniyyətlə qarşıladığını bildirdi.
 
Ümumdünya Qida Proqramının sözçüsü  Herve Verhoosel BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Rusiyanın dövlət başçısı Vladimir Putinin iştirakı ilə bu gün İstanbulda keçiriləcək Suriya mövzulu dördtərəfli zirvə görüşü ilə əlaqədar danışdı.
 
Zirvə görüşündə ilk növbədə, suriyalı mülki vətəndaşların vəziyyətinin müzakirə olunmasına çağıran Verhoosel ölkənin yenidən inşasının və aclıq böhranının başa çatmasının münaqişələrin birdəfəlik dayandırılması ilə mümkün olacağını qeyd etdi.
 
 Sözçü Suriyada 2011-ci ildə baş verən vətəndaş müharibəsinin milyonlarla insanı aclıq və yoxsulluğa məhkum etdiyini vurğulayaraq, 6,5 milyon suriyalının nə yeyəcəyinin bilmədən yaşadığını bildirdi.
 
 "Milyonlarla ailəyə ərzaq yardımını davam etdirmək üçün Suriyadakı sabitlik və təhlükəsizlik həyati əhəmiyyət daşıyır" deyən Verhoosel Türkiyənin ev sahibliyində Rusiya, Almaniya və Fransanın iştirak edəcəyi Suriya mövzulu dördtərəfli zirvə görüşünü məmnuniyyətlə qarşıladıqlarını söylədi.

Ümumdünya Qida Proqramının sözçüsü həftə ərzində humanitar yardımın çatdırılacağı açıqlanan ölkənin cənub-qərbindəki Rukban düşərgəsinə doğru hərəkət etməli olan BMT konvoyunun təhlükəsizlik səbəbindən yola çıxmadığını və nə zaman yola çıxacağını bilmədiyini ifadə etdi.
 
 



Әlaqәli Xәbәrlәr