Vladimir Putin ilə Kral Səlman Bin Əbdüləziz arasında telefon danışığı olub
Rusiya Dövlət Başçısı Vladimir Putin ilə Səudiyyə Ərəbistanı Kralı Səlman Bin Əbdüləziz arasında Səudiyyə jurnalist Camal Xaşoqçi mövzusu ilə əlaqəli telefon danışığı olub.
1075904

Bu barədə Kremlin Mətbuat xidmətindən məlumat yayılıb. Bildirib ki, liderlǝr arasında baş tutan görüşdə jurnalist Camal Xaşoqçinin İstanbul Baş konsulluğunda öldürülməsi məsələsi başda olmaqla Suriya və Orta Şərqdə cərəyan edən proseslər müzakirə olunub, enerji sektoru daxil olmaqla iki ölkə arasında əməkdaşlığa toxunulub. Kral Səlman Prezident Putini ölkəsinə dəvət edib.
Xatırladaq ki, Vaşinqton Poçt qəzetinin yazıcısı Səudiyyə jurnalist Camal Xaşoqçi 2 Oktyabda getdiyi İstanbul Baş konsulluğunda qətlə yetirilib.
Әlaqәli Xәbәrlәr

UNESCO yenə İsrailə qarşı çıxdı
İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Dayfullah əl-Fayıq yazılı şərh paylaşaraq bildirib...