Rusiya ABŞ qüvvələrinin Suriyada yaratdığı vəziyyətdən narahatdır

Rusiya Suriyanın cənubunda yerləşən,  ABŞ qüvvələri tərəfindən açıq şəkildə işğal edilmiş Tanf bölgəsindəki vəziyyətin narahatlıq yaratmağa davam etdiyini bildirdi.

1075850
Rusiya ABŞ qüvvələrinin Suriyada yaratdığı vəziyyətdən narahatdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik mətbuat konfransında Suriyadakı vəziyyət ilə bağlı açıqlamalar verdi.
 
 Amerika Birləşmiş Ştatlarının separatçı görüşə malik kürd qruplarla flört etmək cəhdləri nəticəsində Suriyanın şimal-şərqində olduğu kimi, ölkənin cənubunda də bir bölgə yaradıldığını qeyd edən Zaxarova: " Suriyanın suveren ərazilərində ABŞ qüvvələri tərəfindən açıq şəkildə işğal edilmiş cənubdakı Tanf bölgəsindəki vəziyyət narahatlıq yaratmağa davam edir"dedi.
 
 Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bir müddət əvvəl fransız mətbuat orqanına verdiyi müsahibədə ABŞ-ın Suriyada kürdlərdən istifadə etdiyini bildirərək: "ABŞ Suriyada Kürdüstan layihəsi ilə təhlükəli oyun oynayır" demişdi.



Әlaqәli Xәbәrlәr