Pakistanda generala hücum edilib

Pakistan ordusunun general-mayoru  Səid Əhməd Naqranın olduğu hәrbi konvoya tәşkil edilәn hücum nәticәsindә iki әsgәr hәlak olub.

1076170
Pakistanda generala hücum edilib

Pakistan ordusunun general-mayoru  Səid Əhməd Naqranın olduğu hәrbi konvoya tәşkil edilәn hücum nәticәsindә iki әsgәr hәlak olub.

Pakistan mәtbuat orqanlarının yaydığı mәlumata әsasәn, hücum Bәlucistan әyalәtinin şәhәri yaxınlığında baş verib.

Generalı müdafiə edən 2 əsgər güllələnib. Səid Əhməd Naqra sağ şəkildə ərazidən uzaqlaşdırılıb.

Özünü “Bəlucistan Azadlıq Ordusu” adlandıran silahlı qruplaşma hücumun məsuliyyətini öz üzərinə götürüb.

Pakistan Daxili İşlәr naziri Şәhriyar Afridi şәxsi internet sәhifәsindәn verdiyi açıqlamada törәdilәn hücumu qınayaraq deyib: ‘‘General-mayor Səid Əhməd Naqranın olduğu hәrbi konvoya tәşkil edilәn hücumu qınayıram. Bәlucistandakı problemlәri hәll edәcәyik’’.

Bәlucistanda törәdilәn başqa hücum nәticәsindә isә bir polis әmәkdaşı hәlak olub.

Hücuma görә mәsuliyyәti Taliban öz üzәrinә götürmüşdü.

Qeyd edәk ki, Bәlucistan әyalәtindә vaxtaşırı hücumlar törәdilir.



Әlaqәli Xәbәrlәr