ABŞ Meksika ilə sərhədə yenə 800 əsgər yerləşdirir

Amerika mediasının yazdığı xəbərlərə görə...

1075906
ABŞ Meksika ilə sərhədə yenə 800 əsgər yerləşdirir

  Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri Cim Mattisin Meksika ilə sərhədə yenə 800 əsgər yerləşdirəcəyini bildirib.

  Amerika mediasının yazdığı xəbərlərə görə, ABŞ Müdafiə naziri C.Mattis yaxın günlərdə 800 əsgəri Meksika sərhədinə yerləşdirmək barədə tapşırıq verəcək.

  Müdafiə Nazirliyi bölgəyə sövq ediləcək əsgərlərin Milli Qvardiya Təşkilatından deyil, ABŞ ordusuna bağlı əsgərlərdən ibarət olacağını bildirib. Bu addımın Mərkəzi Amerikadan ABŞ-a çatmaq ümidilə yola çıxan minlərlə köçkünün yaratdığı "qaçqın karvanı”na qarşı tədbir olaraq atıldığı söylənilib.

  Birləşmiş Millətlər Təşkilatının məlumatına, köç karvanına 7 mindən artıq adamın qatılıb.

  ABŞ prezidenti Donald Tramp Meksika polisi və ordusunun Amerikanın cənub sərhədinə doğru gedən qaçqınları dayandırmadığını bildirərək Fövqəladə Vəziyyət elan edib və sərhəd keşikçiləri hərəkətə keçib.

  Tramp həmçinin Qvatemala, Honduras və Salvadora xarici yardımları kəsməyə və ya böyük ölçüdə azaldacaqlarını deyib.

  Qeyd edək ki, qaçqın karvanı Meksikanın Qvatemala sərhədinə söykənib, Suçieyt (Suchiate) çayında Meksika ilə Qvatemala bir-birinə bağlayan körpü və sərhəd qapısında toplanan, gecəni burada yatmaqla keçirən 3 mindən artıq qaçqına ölkəyə girişə icazə verilməyib. Qaçqınların bir neçəsi məftil hörgüləri aşaraq neytral bölgəyə keçib, Meksika təhlükəsizlik qüvvələrinin müdaxiləsilə qarşılaşıb, polis daş atanlara gözyaşardıdıcı qazla müdaxilə edib.

  Meksika rəsmiləri, aralarında qadın, uşaq və yaşlıların da olduğu köçkünlərdən etibarlı sənədləri daşıyanların qaydalara uyğun şəkildə ölkəyə girişinə icazə veriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr