ABŞ-ın keçmiş vitse-prezidentinin evinә şübhәli bağlama göndәrilib

Amerika Birləşmiş Ştatlarının sabiq vitse-prezidenti  Co Baydenin evinə şübhəli iki bağlama  göndərilib.

1075936
ABŞ-ın keçmiş vitse-prezidentinin evinә şübhәli bağlama göndәrilib

Amerika Birləşmiş Ştatlarının sabiq vitse-prezidenti  Co Baydenin evinə şübhəli iki bağlama  göndərilib.

Yerli polis әmәkdaşları Co Baydenin evinә göndәrilәn bağlamalarından birinin Vilminqton, digәrinin isә Nyu Kasteldәki poçtalarda aşkar edildiyini bildirib.

Bağlamaların keçmiş ABŞ prezidentlәri Barak Obama vә Bill Klintonun evlәri ilә CNN-ın Nyu-Yorkdakı ofisi dә daxil olmaqla  bir çox ünvana göndәrilәn vә içәrisindә partlayıcı maddә olan bağlamalarla әlaqәsinin olub-olmadığı araştırılır.

Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp sәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada: ‘‘Bu gün ictimaiyyәtdә olan  qәzәbin sәbәbi bәzi media orqanlarının  yaydığı  qәrәzli vә xәtalı xәbәrlәrindәn mәnbәlәnir'' deyib.

Qeyd edәk ki, bu hәfrә macarıstanlı biznesmen Corc Sorosun Nyu-Yorkdakı evinin poçt qutusunda da partlayıcı maddә tapılmışdı.

Dünәn isә mәşhur aktyor Robert De Nironun restoranına şübhәli bağlama göndәrilmişdi.



Әlaqәli Xәbәrlәr