Tereza Mey vә Emmanuel Makron Kral Salmanla telefon әlaqәsi saxladılar

İngiltərə Baş naziri Tereza Mey  sәudiyyәli jurnalist Camal Xaşoqçinin  öldürülməssi ilә bağlı  Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ilə telefon әlaqәsi saxlayıb.

1075102
Tereza Mey vә Emmanuel Makron Kral Salmanla telefon әlaqәsi saxladılar

İngiltərə Baş naziri Tereza Mey  sәudiyyәli jurnalist Camal Xaşoqçinin  öldürülməssi ilә bağlı  Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ilə telefon әlaqәsi saxlayıb.

İngiltәrә Nazirlәr Kabinetindәn verilәn mәlumatda deyilir: ‘‘Tereza Mey görüşdә Kral Salmana ölkәsinin Camal Xaşoqçinin öldürülmәsi mәsәlәsindәki narahatlıqlarını çatdırıb.  Baş nazi Tereza Mey hadisә ilә bağlı  izahatın inandırıcı olmadığını vә bu sәbәblә hadisәyә әn qısa zamanda aydınlıq gәtirilmәsinin vacibliyini vurğulayıb’’ deyә bildirilib.

Tereza Mey hәmçinin bildirib ki, Böyük Britaniya jurnalist Camal Qaşıqçının qətlində şübhəli sayılan şəxslərin vizalarını ləğv edəcək.

Qeyd edәk ki, Fransa prezidenti Emmanuel Makron vә Sәudiyyә Әrәbistanı Kralı arasında telefon danışığı olub.

Mәlumata görә,  Fransa prezidenti telefon danışığı zamanı Camal Xaşoqçi hadisәsinә aydınlıq gәtirilmәsinin vacibliyini vurğulayıb.

Bu barәdә Fransa Prezident Aparatından verilәn mәlumatda bildirilib. Mәlumatda tәrәflәrin Camal Xaşoqçi cinayәti ilә bağlı aparılan istintaqı müzakirә etdiklәri qeyd olunub.

Görüşün Fransa və Səudiyyə Ərəbistanı arasındakı tarixi əlaqələr və strateji dialoq çərçivəsində hәyata keçirildiyi vurğulanıb vә  iki liderin başda Yəmən və Suriya olmaqla regional mövzuları da müzakirә etdiklәri bildirilib.



Әlaqәli Xәbәrlәr