Putindən Avropaya raket xəbərdarlığı

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan çıxacağı ilə bağlı qərarına münasibət bildirdi.

1075135
Putindən Avropaya raket xəbərdarlığı

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan çıxacağı ilə bağlı qərarına münasibət bildirdi.

Putin bu qərarın çox təhlükəli olduğunu, sonrakı proseslərin silah yarışına çevriləcəyini söylədi.

Rusiyanın dövlət başçısı bu situasiyada əsas sualın Avropanın nə edəcəyi ilə bağlı olduğunu qeyd edərək:“Avropa yeni ortaya çıxacaq raketlərlə nə edəcək? Əgər yeni raketlər Avropaya təhvil verilərsə, təbii olaraq biz də cavab vermək məcburiyyətində qalacağıq. Bunu qəbul edən Avropa ölkələri isə öz torpaqlarını əks-həmlə riski altına saldıqlarını anlayacaqlar” dedi.



Әlaqәli Xәbәrlәr