Vladimir Putin Donald Trampla görüşməyi təklif etdi

Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa noyabrın 11-də Fransada keçiriləcək tədbir zamanı görüşməyi təklif etdi.

1074374
Vladimir Putin Donald Trampla görüşməyi təklif etdi

 Rusiya prezidenti Vladimir Putin ölkəsinə rəsmi səfər edən  ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi  Con Bolton (John Bolton)  ilə Kremldə görüşdü.

 Vladimir Putin ABŞ-ın Anti- Ballistik Raket Müqaviləsindən çəkildiyini, bir müddət əvvəl də Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsindən çəkilmə niyyətində olduğunu bildiklərini dedi.

 Rusiyanın dövlət başçısı Strateji Silahların Azaldılması Müqaviləsi -3- ün (START-3) müddətinin uzadılması məsələsində də ABŞ rəhbərliyinin narahatlıqlarından və kosmosda raket əleyhinə müdafiə sistemləri yerləşdirmək niyyətindən də xəbərdar olduqlarını söylədi.

  Putin: "Bildiyimə görə, ABŞ-ın dövlət gerbində bir qartal təsvir edilir. Qartal bir tərəfdə 13 ox, digər tərəfdə isə sülh siyasətinin rəmzi olaraq 13 zeytun dənəsinin olduğu zeytun budağını tutur. Sualım belədir: "Qartal zeytunları yeyib, yalnız oxlar qalıb?" dedi.

  ABŞ ilə birbaşa dialoqun faydalı olacağını dilə gətirən Putin noyabrın 11-də Fransanın paytaxtı Parisdə, I Dünya Müharibəsinin başa çatmasının 100-cü ildönümü münasibətilə keçiriləcək tədbirdə ABŞ prezidenti Donald Tramp ilə görüşməyi təklif etdi.

  Bolton isə Trampın Putin ilə Parisdə görüşməyə şad olacağını ifadə etdi.

 Bolton Putinin ABŞ dövlət gerbi üzərindəki zeytun budağı ilə bağlı sualına da: "Ümid edirəm ki, soruşduğunuz suallara cavab tapa bilərəm, amma mən zeytun budağını və zeytunları yanımda gətirməmişəm. Əgər yadınızdadırsa, zeytun budağı qartalın sağ pəncəsindədir və bu şəkildə nəyi üstün tutduğunu nümayiş etdirir" cavabı



Әlaqәli Xәbәrlәr