Avropa İttifaqı ABŞ və Rusiyanı sülhə çağırır

Aİ Komissiyasından verilən yazılı açıqlamada bildirilir...

1073483
Avropa İttifaqı ABŞ və Rusiyanı sülhə çağırır

  Avropa İttifaqı (Aİ) Amerika Birləşmiş Ştatlarının “Orta mənzilli nüvə silahları müqaviləsi”ndən çıxmaq qərarı ilə bağlı rəsmi Moskva və Vaşinqton rəhbərliklərini müqaviləni qorumaq üçün dialoqa çağırır.

  Aİ Komissiyasından verilən yazılı açıqlamada bildirilir:

  “ABŞ və Rusiya “Orta mənzilli nüvə silahları müqaviləsi”ni qorumaq üçün konstruktiv dialoqu davam etdirməlidir. Həmçinin, beynəlxalq aləm və Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan bu müqavilə tam tətbiq olunmasına təminat almalıdır.  

  Rusiyanın müqaviləyə sadiq olmadığından ciddi narahatıq. ABŞ-ın da müqavilədən geri çəkilməsinin nəticələri yaxşı olmaz.

  Soyuq müharibədən sonra müqavilə mühüm əhəmiyyətə malik oldu.

  Dünya heç kimə faydası olmayacaq, əksinə, daha çox qeyri-sabitlik doğuracaq yeni bir silahlanma yarışı istəmir".

  Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə ölkəsi arasında 1987-ci ildə Vaşinqtonda imzalanan “Orta mənzilli nüvə silahları müqaviləsi” barədə: "Biz müqaviləyə sadiq qaldıq və anlaşmaya hörmət göstərdik, ancaq Rusiya, təəssüf ki, razılaşmaya əməl etmədi. Bu səbəbdən müqaviləni ləğv edəcək, müqavilədən geri çəkiləcəyik", - deyib.



Әlaqәli Xәbәrlәr