İngiltərə, Almaniya və Fransa Camal Xaşoqqi hadisəsi ilə bağlı birgə bəyanat yaydılar

İngiltərə Xarici İşlər naziri Ceremi Hunt (Jeremy Hunt), Almaniya Xarici İşlər naziri Heiko Maas və Fransa Xarici İşlər naziri Jan -İv Le Drian (Jean-Yves Le Drian) səudiyyəli jurnalist Camal Xaşoqqinin öldürülməsinə dair birgə bəyanat yaydılar.

1072960
İngiltərə, Almaniya və Fransa Camal Xaşoqqi hadisəsi  ilə bağlı birgə bəyanat yaydılar

İngiltərə Xarici İşlər naziri Ceremi Hunt (Jeremy Hunt), Almaniya Xarici İşlər naziri Heiko Maas və Fransa Xarici İşlər naziri Jan -İv Le Drian (Jean-Yves Le Drian) Səudiyyə Ərəbistanının jurnalist Camal Xaşoqqinin öldürülməsinə dair açıqlaması ilə bağlı birgə bəyanat yaydılar.
 
 Bəyanatda Xaşoqqinin Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda vəhşi bir şəkildə öldürülməsi ilə bağlı deyilir: "Heç bir şey bu cinayəti haqlı göstərə bilməz və biz bunu ən güclü şəkildə qınayırıq. Oktyarbrın 2-də əslində nə olduğunun aydınlaşdırılmasına təcili ehtiyac var. Səudiyyə istintaqında indiyədək təqdim olunan fərziyyələrin inandırıcı olması üçün onların faktlara əsaslanması lazımdır. Həqiqətin geniş, şəffaf və inanılan bir şəkildə ortaya çıxarılması üçün səy göstərilməsinə yönələn ehtiyacı və ümidi vurğulayırıq. Nə olduğuna dair daha çox açıqlamanın etibarlılığına və belə utancverici bir hadisənin əsla təkrar olunmayacağına dair inancımıza əsaslanan olaraq yekun qərarımızı verəcəyik".
 
 Hər üç ölkənin  bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı ilə əlaqə saxlayacağı qeyd edilən birgə bəyanatda bu ölkəylə münasibətlərin xarakteri və əhəmiyyətinin bütün tərəflərin birgə tabe olduqları beynəlxalq hüquq normalarına və dəyərlərinə göstərilən hörmətlə müəyyən olunacağı bildirilir.
 
 Qeyd edək ki, Səudiyyə Ərəbistan rəhbərliyi oktyabrın 2-də İstanbul Baş Konsulluğuna girdikdən sonra yoxa çıxan Xaşoqqinin konsulluq binasında baş verən münaqişə nəticəsində öldüyünü açıqlayıb.



Әlaqәli Xәbәrlәr