İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 2256 nəfərə çatıb

Bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin mәtbuat katibi Sutopo Purvo Nuqroho mәlumat verib.

1072843
İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 2256 nəfərə çatıb

İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 2256  nəfərə çatıb.

Bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin mәtbuat katibi Sutopo Purvo Nuqroho mәlumat verib.

Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin rәsmisi  baş verәn təbii fәlakәt nәticәsindә  220 mindәn çox adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә olduğunu  vә  1309  nəfər dә itkin düşdüyünü bildirib.

Qeyd edәk ki, bölgәdә rәsmi axtarış-xilasetmә әmәliyyatları dayandırılıb. Rәsmilәrin icazәsi ilә könüllülәr axtarış-xilasetmә әmәliyyatlarını davam etdirir.

Xatırladaq ki, İndoneziyada  sentyabrın 28-dә 7.5  bal gücündә  zәlzәlә baş vermişdi.

Zәlzәlәdәn sonra Donqala vә Palu şәhәrlәrindә sunami fәlakәti yaşanmışdı.



Әlaqәli Xәbәrlәr