Angela Merkel:‘‘Mövcud şәraitdә Almaniya Sәudiyyә Әrәbistanına silah satmayacaq’’

Angela Merkel Hesen әyalәtinin Baş naziri Volter Bouffier ilә keçirdiyi birgә mәtbuat konfransında sәudiyyәli jurnalist Camal Xaşoqçinin öldürülmәsini qınadıqlarını bildirib.

1072933
Angela Merkel:‘‘Mövcud şәraitdә Almaniya Sәudiyyә Әrәbistanına silah satmayacaq’’

Almaniya kansleri Angela Merkel ölkәsinin mövcud şәraitdә  Sәudiyyә Әrәbistanına silah satmayacaqlarını deyib.

Angela Merkel Hesen әyalәtinin Baş naziri Volter Bouffier ilә keçirdiyi birgә mәtbuat konfransında sәudiyyәli jurnalist Camal Xaşoqçinin  öldürülmәsini qınadıqlarını bildirib.

Hadisәyә әn qısa zamanda aydınlıq gәtirilmәsinin vacibliyini vurğulayan Angela Merkel hәlә heç nәyin müzakirә edilmәdiyini vә hadisәyә görә mәsuliyyәt daşıyanların mәhkәmә qarşısında cavab vermәdiyini söylәyib.

Angela Merkel  onsuz da mәhdud olan silah satışlarının mövcud şәraitdә olmayacağını ifadә edәrәk hadisәyә beynәlxalq sәviyyәdә reaksiyanın göstәrilmәsi üçün danışıqları davam etdirәcәklәrini qeyd edib.

Almaniyanın Xarici İşlәr naziri Haiko Maas da ötәn gün Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibәdә: ‘‘Nә olduğunu bilmәdiyimiz müddәtcә  Sәudiyyә Әrәbistanına silah satmayacağıq’’ demişdi.

Qeyd edәk ki, Almaniya bu il Әlcәzairdәn sonra әn çox Sәudiyyә Әrәbistanına silah satıb.

Mәlumata görә, Almaniya  bu il Әlcәzairә  tәxminәn 741.5 milyard avro, Sәudiyyә Әrәbistanına isә tәxminәn 417 milyon avro mәblәğindә silah satıb.

2016-cı ildә Sәudiyyә Әrәbistanına 530 milyon avro mәblәğindә  silah ixracına icazә verәn Almaniya 2017-ci ildә bu rәqәmi 249 milyon avroya endirmişdi.

Sәudiyyә Әrәbistanı rәhbәrliyi oktyabrın 2-dә ölkәlәrinin İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşәn Camal Xaşoqçinin konsulluqda yaranan mübahisә nәticәsindә öldüyünü açıqlamışdı.



Әlaqәli Xәbәrlәr