Bu hadisə ilə Vyana Konsulluq Konvensiyası şokedici şəkildə pozulub

Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşukçunun (Kaşıkçı-türkcədə) öldürülməsinə dair əhatəli, etibarlı və şəffaf istintaq aparılmasını istədi.

1072601

  Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini yazılı açıqlamasında bildirib:

  “Avropaya yaxın münasibət bəsləyən Səudiyyə Ərəbistanı jurnalist Camal Xaşukçunun ölümündən böyük kədər duyduğunu və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

  Aİ bütün dünyada jurnalistlərin qorunması və mətbuat azadlığının təmin olunması məsələsində qərarlı mövqe tutur.

  Xaşukçının ölümü ilə bağlı təfərrüatlar və 1963-cü il Vyana Konsulluq Konvensiyasının (saziş) şokedici şəkildə pozulması çox narahatvericidir. Konvensiyanın 55-ci maddəsinə görə, "konsulluğun yerləşdiyi ölkənin qanun və qaydalarına hörmət göstərilməlidir".

  C.Xaşukçunun öldürülməsilə əlaqədar əhatəli, etibarlı və şəffaf istintaq davam etməli, vəzifəlilər hesabat verməlidir.”

Әlaqәli Xәbәrlәr