ABŞ Səudiyyə Ərəbistanındakı səfirini geri çağırmağı düşünür

Konqresdə Kolorado nümayəndəsi kimi xidmət edən M.Kofman Xaşoqqi hadisəsilə bağlı verdiyi yazılı açıqlamada bildirib

1072613
ABŞ Səudiyyə Ərəbistanındakı səfirini geri çağırmağı düşünür

  Amerika Birləşmiş Ştatlarının Respublikaçı Konqres üzvü Mayk Kofman (Mike Coffman) Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqqinin (Jamal Khaşoggi) öldürülməsilə əlaqədar ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirini geriçağırma təklifini irəli sürüb.

  Konqresdə Kolorado nümayəndəsi kimi xidmət edən M.Kofman Xaşoqqi hadisəsilə bağlı verdiyi yazılı açıqlamada bildirib:

  "Amerika Birləşmiş Ştatları dəyərlər üzərindən müttəfiqlərinə yaxınlaşmalı və insan haqlarına hörmət göstərməlidir.

  Biz Səudiyyə Ərəbistanı rəhbərliyini qınayır, digər bütün ölkələri buna və diplomatik təzyiq göstərməyə çağırırıq.

  ABŞ prezidenti Donald Trampa Səudiyyə Ərəbistanının paytaxtı Riyadda akkreditə olunmuş və Konqres tərəfindən təsdiq edilməyi gözləyən müvəqqəti elçisini geri çağırmaq üçün müraciət edirəm".

  Xatırladaq ki, Konqresin Kəşfiyyat Komitəsi əməkdaşı, Kaliforniya nümayəndəsi Adam Şif (Schiff) də Tramp rəhbərliyinə Səudiyyə Ərəbistanına qarşı addım atmağa dəvət edib və əgər o, bir şey etməzsə, Konqresin dövrəyə girəcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr