"Kaşıqçının ölümündə Trampın kürəkəninin əli ola bilər", X.Kastro

Amerikanın CNN televiziyasında çıxış edən X.Kastro iddiasını dəstəkləmək üçün əlində dəlillər olduğunu və mediada da bu barədə bir çox məlumatın yer aldığını söyləyib...

1072340
"Kaşıqçının ölümündə Trampın kürəkəninin əli ola bilər", X.Kastro

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşnerin "Səudiyyə jurnalist Camal Xaşukçunun (Kaşıqçı) öldürülməsi ilə bağlı ola biləcəyi iddia edilir.

  İddianı ABŞ Nümayəndələr Palatasının Texas üzrə deputatı, Demokrat Partiyanın üzvü Xoaqin Kastro (Joaquin Castro) söyləyib.  

  Amerikanın CNN televiziyasında çıxış edən X.Kastro iddiasını dəstəkləmək üçün əlində dəlillər olduğunu və mediada da bu barədə bir çox məlumatın yer aldığını söyləyib:

  “Jared Kuşner Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd bin Salmana bir sui-qəsd siyahısı verib. ABŞ kəşfiyyatının məlumatına görə, çox güman ki, şahzadə də bunun üzərindən hərəkət edir... Mən bu iddiaların araşdırılması üçün Konqresə müraciət göndərdim.”

 Sonradan Kastro “twitter” hesabından növbəti açıqlama verərək yazıb: “Mənim sözlərim səhv anlaşılıb. Jared Kuşneri hər hansı məsələdə günahlandırmaq niyyətim yoxdur. Ortaya çıxan məlumatlar əsasında Konqres və ABŞ kəşfiyyatından Səudiyyə Ərəbistanına “Kaşıqçının siyasi edamına yol verib-vermədiyini” araşdırmaq üçün istintaq açılmasını tələb edirəm".



Әlaqәli Xәbәrlәr