‘‘Washington Post’’ qәzeti Camal Kaşıkçının son mәqalәsini dәrc etdi
Sәudiyyәli jurnalist Camal Kaşıkçının Amerikanın ‘‘Washington Post’’ qәzeti üçün qәlәmә aldığı ‘‘Әrәb dünyasının söz azadlığına böyük ehtiyacı var’’ adlı mәqalәsi dәrc olunub.

Sәudiyyәli jurnalist Camal Kaşıkçının Amerikanın ‘‘Washington Post’’ qәzeti üçün qәlәmә aldığı ‘‘Әrәb dünyasının söz azadlığına böyük ehtiyacı var’’ adlı mәqalәsi dәrc olunub.
Camal Kaşıkçı mәqalәsindә әrәb dünyasında xalqa lazımı qәdәr mәlumat verilmәdiyini vә ya yanlış mәlumatlandırıldığını vurğulayaraq insanların bölgәyә vә gündәlik hәyatlarına tәsir göstәrәn mәsәlәlәrә toxunmadığını, xalq arasında fikirlәrini ifadә edә bilmәdiklәrini vә bunun dәyişmәyәcәyini bildirib.
Әrәb dünyasında 2011-ci ildә başlayan ‘‘Әrәb Baharı’’na ümidlә baxıldığını dilә gәtirәn Kaşıkçı: ‘‘ Bu proses jurnalistlәri, akademiklәri vә ictimaiyyәti çox hәyәcanlandırırdı. Hökumәtlәrin hegemoniyasından azad olmağı gözlәyirdilәr. Bu gözlәntilәr özünü doğrultmadı’’ deyә qeyd edib.
Camal Kaşıkçı mәqalәsindә sәudiyyәli jurnalist Saleh әl-Şehiyә Sәudiyyә Әrәbistanı ilә bağlı yazdığı mәqalәlәri sәbәbindәn 5 il hәbs cәzası verildiyini xatırladıb.
Camal Kaşıkçı Misir hökumәtinin әlә keçirdiyi ‘‘Al-Masri Al Youm’’ qәzetinin әmәkdaşlarının da buna reaksiya vermәdiyini dә qeyd edib.
Camal Kaşıkçı әrəb dünyasının hakimiyyət uğrunda rəqabət edən daxili qüvvələr yolu ilə formalaşan dəmir pərdə ilə qarşı-qarşıya olduğunu ifadә edib.
Camal Kaşıkçı bildirib ki, әrəblərin səslərini eşitdirmək üçün bir platformaya ehtiyacı var.
Xatırladaq ki, ABŞ-ın 'Washington Post' qəzetinin əməkdaşı Camal Kaşıkçıdan Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna girdiyi 2 oktyabrdan etibarən xəbər yoxdur.