Hondurasdan ABŞ-a köçkün hərəkatı Amerikanı təşvişə saldı

Qrupun məqsədi Meksikaya çataraq qaçqın statusu almaq və ya oradan ABŞ-a keçməkdir.

1070414
Hondurasdan ABŞ-a köçkün hərəkatı Amerikanı təşvişə saldı

  Ölkələrindəki yoxsulluqdan qaçıb yeni bir həyat arzusuyla kütləvi olaraq yola çıxan və bura qədər sayları neçə mini keçən honduraslı köçkünlər Quatemala sərhədini keçərək Amerika Birləşmiş Ştatlarına yol alıb.

  Cənubi Amerika ölkəsi olan Hondurasın ən təhlükəli şəhərlərindən biri olan San Pedro Sulanın avtobus terminalında 160 honduraslı tərəfindən 12 oktyabrda başlanan köçkün hərəkatının yerli mediada xəbərlərindən sonra say böyüyərək minlərlə insanı əhatə edib.

  Qaçqın dəstəsindən təxminən 3 min nəfər oktyabrın 15-də onlara sərhəddə mane olmağa çalışan və ABŞ-a qeyri-qanuni yollarla daxil olduqlarını söyləyən Qvatemala polisləri ilə qalmaqal yaşayıb, amma sonra sərhəd qapısını keçməyi bacararaq şimal istiqamətinə doğru yol alıb.

  Qrupun məqsədi Meksikaya çataraq qaçqın statusu almaq və ya oradan ABŞ-a keçməkdir.  

  ABŞ prezidenti Donald Tramp “twitter” hesabından verdiyi açıqlamada Honduras rəhbərliyini xəbərdar edərək deyib: “ABŞ-a doğru yürüyən böyük insan karvanını dayandırın. Əgər qaçqınlar Hondurasa geri qaytarılmazsa, dərhal ölkəyə pul və humanitar yardımı kəsiləcək."

  ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) də ötən həftə Honduras, Salvador və Qvatemala dövlət başçılarına müraciət edərək: “Xalqınıza söyləyin, ABŞ-a qanunsuz gəlmə niyyətinə düşüb, ailələrini riskə atıb təhlükəli bir yola düşməsinlər. Rəsmi Vaşinqton iqtisadi inkişaf və investisiya üçün yardım edə bilər.”

  Qeyd edək ki, təxminən 10 milyon əhalisi olan Hondurasda əhalinin təxminən 65 faizi kasıbdır. Çox adamın gündəlik qazancı bir-iki dollardır.



Әlaqәli Xәbәrlәr