Avropa Humanitar Viza Sistemi təklif olundu

Belçikanın paytaxtı Brüsseldə toplantıdan sonra LİBE yazılı açıqlama verərək bildirib...

1066350
Avropa Humanitar Viza Sistemi təklif olundu

  Avropa Parlamentinin Mülki Azadlıqlar, Ədliyyə və Daxili İşlər Komitəsinin (LİBE) Avropa İttifaqına (Aİ) köçü təşviq etmək və həyat itkisini azaltmaq üçün Humanitar Viza Sistemi başlamaq üçün müraciət etdi.

  Belçikanın paytaxtı Brüsseldə toplantıdan sonra LİBE yazılı açıqlama verərək bildirib:

  “Avropa Parlamentinin üzvləri Aİ Komissiyasına Avropa Humanitar Viza Sisteminin qurulmasını təmin edəcək hüquqi təklif hazırlamaq üçün müraciət etdi.

  Yeni sistem üzv ölkələrin səfirlik və baş konsulluqlarında beynəlxalq qoruma tələb edən adama humanitar viza verilməsini nəzərdə tutur.

  Aİ miqrantlar üçün etibarlı və qanuni yollar yaradacağına dair öhdəlikləri yerinə yetirilməyib. İttifaq miqyasında beynəlxalq qoruma haqqı tanınan qaçqınların 90 faizi qeyri-qanuni yollarla qitəyə çatır.

  Sözügedən sistemlə həm nizamlı və etibarlı köç cəlb ediləcək, həm də qeyri-qanuni yollarda həyat itkisinin qarşısı alınacaq.

  Vizaya müraciət edəcək şəxslər təhlükəsizlik nəzarətindən keçiriləcək. İnsanların, eyni zamanda, beynəlxalq qoruma tələb etmək üçün etibarlı şərtlərə malik olub-olmadığı araşdırılacaq”.



Әlaqәli Xәbәrlәr