Yaponiya və Avstraliya Şimali Koreyaya qarşı sanksiyalara tərəfdar çıxdı

Yaponiya və Avstraliya Birləşmiş Millətlər Təşkilatının Şimali Koreyaya sanksiyalarının davam etdirilməsinin tərəfdarı oldu.

1066130
Yaponiya və Avstraliya Şimali Koreyaya qarşı sanksiyalara tərəfdar çıxdı

  “Kyodo” agentliyinin xəbərinə görə, Avstraliyanın Sidney şəhərində bir araya gələn Yaponiya və Avstraliyanın Xarici İşlər və Müdafiə nazirləri iki ölkənin silahlı qüvvələri tərəfindən birgə hərbi təlimlərin artırılması və müdafiə bağlarının gücləndirilməsini müzakirə ediblər.

  Şimali Koreyanın bu il Cənubi Koreya və Amerika Birləşmiş Ştatları ilə diplomatik danışıqlara başlamasını təqdirlə qarşılayan nazirlər, digər tərəfdən, Şimali Koreyanın bir sıra nüvə və balistik raket sınağına görə BMT Təhlükəsizlik Şurasının sanksiya qərarlarının yumşaldılmasının hələ tez olduğunu bildiriblər.

  Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Avstraliyanın Xarici İşlər naziri Maris (Marise) Payni hər iki ölkənin BMT-nin Şimali Koreyaya qarşı "təzyiqi davametdirmə" mövzusunda razı qaldığını bildirərək deyib: “Koreya yarımadası nüvə silahlarından təcrid olunduqdan və təmizlənmə prosesi başa çatdıqdan sonra sanksiya qərarının yumşaldılması və ya aradan qaldırılması addımı atılmalıdır.”

  Yaponiya Xarici İşlər naziri Taro Kono da onu təsdiq edib.

  Qeyd edək ki, nüvə proqramıyla əlaqədar Şimali Koreyaya BMT-nin iqtisadi və hərbi sanksiyaları 2006-cı ildən bu yana tətbiq olunur.



Әlaqәli Xәbәrlәr