Viktor Orban:‘‘Macarıstanın tәhlükәsizliyinin Türkiyә ilә birbaşa әlaqәsi var''

Macarıstan Baş naziri Viktor Orban ölkәsindә rәsmi sәfәrdә olan Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan ilә Budapeştdә keçirilәn birgә mәtbuat konfransında çıxış edib.

1064840

‘‘Macarıstanın tәhlükәsizliyinin Türkiyә ilә birbaşa әlaqәsi var. Türkiyənin regionda sülhü tәmin edə biləcək  sabitliyə malik olması və nizamsız miqrasiyanın qarşısını ala bilmәsi bizim üçün çox əhəmiyyətlidir’’ deyә Macarıstan Baş naziri Viktor Orban mәtbuak konfransındakı çıxışında qeyd edib.

Türkiyә ilә Avropa İttifaqı arasında qaçqın böhranına dair әldә olunan müqavilәnin әhәmiyyәtinә toxunan Viktor Orban: ‘‘ Türkiyəni milyonlarla qaçqına ev sahibliyi etdiyi üçün alqışlayıram. Türkiyə ilә Avropa İttifaqı arasında qaçqın böhranına dair әldә olunan müqavilә qitənin təhlükəsizliyi baxımından böyük əhəmiyyət kәsb edir’’. deyә qeyd edib.

 Viktor Orban hәmçinin Türkiyә iqtisadiyyatının dünyanın әn inkişaf etmiş iqtisadiyyatlarından biri olduğunu bildirib.

Әlaqәli Xәbәrlәr