İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 2 min 200 nәfәrә çatıb

Bu barədə ölkənin  ‘‘Antara’’  agentliyi mәlumat yayıb.

1065312
İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 2 min 200 nәfәrә çatıb

İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı 2 min 200 nәfәrә çatıb.

Bu barədə ölkənin  ‘‘Antara’’  agentliyi mәlumat yayıb. Mәlumata görә, sentyabrın 28-dә baş verәn zәlzәlә nәticәsindә hәlak olanların sayının 2 min 200 nәfәrә çatıb.

Rәsmilәr zәlzәlә vә sunami nәticәsindә hәlak olanların dәfn edildiyini açıqlayıb. Tәbii fәlakәt nәticәsindә dörd mindәn çox adamın xәsarәt aldığı bildirilib.

İndoneziya Milli Fәlakәt Agentliyinin mәtbuat katibi Purvo Nuqroho (Purwo Nugroho) verdiyi açıqlamada daha 5 min adamın itkin düştüyünün hesab olunduğunu qeyd edib.

Zәlzәlә nәticәsindә 60 mindәn çox tikiliyә ciddi ziyan dәydiyi vurğulanıb.

Zәlzәlә vә sunami nәticәsindә  çox sayda  adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı bildirilir.

Qeyd edәk ki, İndoneziyada keçәn hәftә 7.4 bal gücündә  zәlzәlә baş vermişdi.

Zәlzәlәdәn sonra Donqala vә Palu şәhәrlәrindә sunami fәlakәti yaşanmışdı.



Әlaqәli Xәbәrlәr