Taliban yeddi polis әmәkdaşını qәtlә yetirib
Cüzcan Polis İdarәsinin rәhbәri Amiri Kamaluddin Yaverin verdiyi mәlumatda silahlıların Kuş Tәpә mәrkәzinә etdiyi hücumdan sonra qarşıdurmanın baş verdiyini bildirib.
1064660
Әfqanıstanın şimalında yerlәşәn Cüzcan şәhәrinin Kuş Tәpә qәsәbәsindә Taliban silahlılarının hücumu nәticәsindә 7 tәhlükәsizlik xidmәti әmәkdaşı ölüb.
Cüzcan Polis İdarәsinin rәhbәri Amiri Kamaluddin Yaverin verdiyi mәlumatda silahlıların Kuş Tәpә mәrkәzinә etdiyi hücumdan sonra qarşıdurmanın baş verdiyini bildirib.
Qarşıdurma nәticәsindә 7 tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğunu ifadә edәn Yaver 10 nәfәrin dә xәsarәt aldığını vurğulayıb.
Talibandan verilәn açıqlamada isә hücum nәticәsindә 13 polis әmәkdaşının öldüyü iddia edilib.