Netanyahunun xanımı hakim qarşısına çıxarılıb

İsraildə dövlət rəhbərlərinin evində maaşlı aşpaz olarsa, kənardan hazır yemək üçün büdcədən istifadə istifadə qadağandır.

1064302
Netanyahunun xanımı hakim qarşısına çıxarılıb

  İsrailin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu dövlət fondlarını şəxsi yeyəcək və içəcək xərclərinə istifadə etdiyi iddiası ilə hakim qarşısına çıxarılıb.

  Sara Netanyahu haqqındakı ittihamları rədd edib.

  Məhkəmə 13 noyabra təxirə salınıb.

  Qeyd edək ki, Sara Netanyahu iyun ayında “dələduzluq” və “etibar pozulması” ittihamları ilə təqsirkar bilinir. Onun evində maaşlı aşpaz olmasına baxmayaraq, aşpaz olmadığını iddia edərək 100 min dollarlıq hazır yemək sifariş verdiyi iddia edilir. İttihamnaməyə görə, Sara Netanyahu 2010-2013 tarixləri arasında dövlət fondunu istifadə edərək yüzlərlə hazır yemək sifariş edib. İsraildə isə dövlət rəhbərlərinin evində maaşlı aşpaz olarsa, kənardan hazır yemək üçün büdcədən istifadə istifadə qadağandır.



Әlaqәli Xәbәrlәr