Haitidə baş verən zəlzələdə azı 10 nəfər həlak olub

Bu barədə ''BBC'' ölkə hökumətinin təmsilçilərinə istinadən məlumat yayıb.

1063836
Haitidə baş verən zəlzələdə azı 10 nəfər həlak olub
deprem.jpg

Haiti sahillərində baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində azı 10 nəfər həlak olub.

Bu barədə ''BBC'' ölkə hökumətinin təmsilçilərinə istinadən məlumat yayıb. Haiti sahillərinin şimalında baş verən zələzə nəticəsində çox sayda adamın da xəsarət aldığı bildirilib.

Port-de-Paix, Gros Morne, Chansolme və Turtle adalarında çox sayda binanın ciddi ziyan gördüyü vurğulanıb.

ABŞ Geoloji Araşdırmalar xidməti yeraltı təkanların episentrinin  paytaxt Port-o-Prensdən 175 km şimal-qərbdə, ocağının  isə 11.7  km dərinlikdə qeydə alındığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr