Şahzadə “ABŞ-sız kral hakimiyyətini itirər” sözlərinə reaksiya verdi

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Səlman ölkəsinin Amerika Birləşmiş Ştatlarından 30 il əvvəl mövcud olduğunu və dövlətinin təhlükəsizliyi qarşılığında hər hansı bir bədəl ödəməyəcəyini bildirib.

1063575
Şahzadə “ABŞ-sız kral hakimiyyətini itirər” sözlərinə reaksiya verdi

    “Bloomberg” televiziyasına verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə bağlı danışmasına toxunan M.Salman deyib: “Səudiyyə Ərəbistanı tarixdə 1744-cü ildən mövcuddur. ABŞ isə bundan 30 il qabaq… Trampın son çıxışları heç də xoş deyil… Səudiyyə Ərəbistanı təhlükəsizliyinin əvəzində hər hansı bir bədəl ödəməyəcək. ABŞ-dan aldığımız bütün silahların pulunu ödəyirik. Bunlar havayı gələn silahlar deyil… Amma Trampın sözlərini "hər hansı dost yaxşı və ya pis şeylər söyləyə bilər" kimi qəbul edirik. Çünki ABŞ prezidenti ilə çalışmağı sevirəm. İki ölkə arasındakı münasibətlər 99 faiz yaxşı gedərkən 1 faiz pis məsələ gündəmə gəldi".

  Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp keçən həftə etdiyi bir çıxışında: “Səudiyyə Ərəbistanı kralı Səlman ibn Əbdüləziz, ABŞ-ın hərbi dəstəyi olmazsa, iki həftədə hakimiyyətini itirər, bunun bədəlini ödəməlidir”, - demişdi.



Әlaqәli Xәbәrlәr