Angela Merkel :"İran qüvvələri Suriyadan çıxmalıdır"

Almaniya kansleri Angela Merkel, İsrailə reallaşdırdığı rəsmi səfər çərçivəsində bu ölkinin Baş naziri Binyamin Netanyahu ilə bir araya gəlib.

1062925
Angela Merkel :"İran qüvvələri Suriyadan çıxmalıdır"

Merkəl danışıqlardan sonra təşkil edilən birgə mətbuat konfransında İranın Suriyada olmasını əsla istəmədiklərini bildirib.

Alman lider: "Almaniya İranın nüvə silah əldə etməsinin qarşısının alınması mövzusunda İsrail ilə həmfikirdir. İranın Suriyadakı hərbi varlığı məsələsini Rusiya prezidenti Vladimir Putin ilə də müzakirə etdik. İranın olmadığı bir bölgə istəyirik. İGörüş zamanı yəhudi yaşayış məskənlərin yaradılması məsələsi də gündəmə salındı.Bu barədəki təşvişlərimizi səsləndirdim. Bunun iki dövlətli həll yolu tapılması uğrunda edilən səylərə zərbə endirdiyini vurguladım. Biz İsrail dövlətinin yəhudiliğini dəstəkləyirik. Ancaq azlıqların  hüquqları da qorunmalıdır.

İsrail Baş naziri Netanyahu da Almaniyadan istəyib ki, 215-ci il İran ilə imzalanan nüvə razılaşmasından çıxsın. İranın terrora dəstək verdiyini ifadə edən Netanyahu Nüvə razılaşmasına müxalif olduğunu bildirib və ölkəsinin özünü müdafiə etməsi üçün lazımlı addımları atmaqda davam edəcəyini, İranın Suriya və livan kimi ölkələrdə söz sahibi olmasına icazə vermiyəcəklərini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr