ABŞ və NATO-nun Rusiyaya xəbərdarlığı

ABŞ-ın Müdafiə naziri Ceyms Mattis Rusiyanın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsini (INF) pozmasının “dözülməz” olduğunu və ABŞ-ın buna cavab verməsinin lazım olduğunu söyləyib.

1062681

Mattis Belçikanın Brüssəl şəhərindəki NATO qərargahında keçirilən Müdafiə Nazirləri yığıncağının sonunda mətbuata açıqlama verib.

Mattis,"Rusiya Orta Mənzilli Nüvə Qüvvələr müqaviləsinə əməl etməlidir, əks tədirdə ABŞ buna cavab verməli olacaq. Rusiya bu müqaviləyə əməl etmir və buna əməl etməsinin vaxtı gəlib” deyə bildirib.

Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq də dünən bununla bağlı bəyanat verib.

Baş katib "Biz Orta Mənzilli Nüvə Qüvvələr müqaviləsinin (INF) pozuntusunu ciddi şəkildə qarşılayırıq və Rusiyanı şəffaf və etibarlı bir şəkildə müqaviləyə əməl etməyə çağırırıq" deyərək rəsmi Moskvaya öz reaksiyalı sözlərini çatdırıb.

Әlaqәli Xәbәrlәr