İsrail әsgәrlәri 13 fәlәstinlini dә saxlayıb

İsrail ordusundan verilәn mәlumata görә, İordan çayının qәrb sahillәrinin müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә 13 nәfәrin saxlanılıb.

1062274
İsrail әsgәrlәri 13 fәlәstinlini dә saxlayıb

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahillәrindә 13 fәlәstinlini hәbs etdi.

İsrail ordusundan verilәn mәlumata görә, İordan çayının qәrb sahillәrinin müxtәlif bölgәlәrindә gecә saatlarında keçirilәn әmәliyyatlar nәticәsindә 13 nәfәrin saxlanılıb.

Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib.

Tutulan fәlәstinlilәrin dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparıldığı vurğulanıb.

İşğal altındakı Şәrqi Qüdsdә vә İordan çayının qәrb sahillәrindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәri  İsrail hәbsxanalarında 6 min 500  fәlәstinli mәhbusun olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr