İran ABŞ-na sanksiyalara görə sərt reaksiya göstərdi

İranın dini lideri Ayətullah Əli Xamneyi ABŞ-ın sanksiyaların məğlub edilməsilə İran xalqından bir yapalaq yeməsinin lazım gəldiyini söyləyib.

1062421
İran ABŞ-na sanksiyalara görə sərt reaksiya göstərdi

İranın dini lideri Ayətullah Əli Xamneyi ABŞ-ın sanksiyaların məğlub edilməsilə İran xalqından bir yapalaq yeməsinin lazım gəldiyini söyləyib.

Əli Xamneyi paytaxt Tehrandakı Azadi stadionunda on minlərlə Besiç milisi və İran İnqilab Keşikçiləri Qvardiyasının yüksək səviyyəli komandanlarının qatıldığı tədbirdə çıxış edib.

Tədbirdə İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı Qüds gücünün komandanı Qasım Süleymani və İnqilab Keşikçiləri Qvardiyasının komandanı mayor-general Məhəmməd Əli Cəfəri də iştirak edib.

Xamneyi dövlət televiziyasından canlı yayımlanan çıxışında İranın ABŞ-ın sanksiyalarını məğlub edəcəyini deyib.

ABŞ prezidenti Trampın BMT Baş Məclisinin iclasında avropalı liderlərə “İran rejiminin ABŞ-ın sanksiyalarına görə gələcək aylarda tənəzzül edə biləcəyini” söylədiyini bildirən Xamneyi ölkəsinin ABŞ-ın təzyiq və iqtisadi böhranlara görə həssas dövrdən keçdiyini bildirib.

Xamneyi xarici düşmənlərin nəzarətindəki medianın kimyəvi silahlar qədər təhlükəli ola biləcəyini də deyib.

Qeyd edək ki, ABŞ ilə İran arasındakı əlaqələr Donald Tramp rəhbərliyinin İranlı 2015-ci ildə imzalanan nüvə proqramına dair razılaşmadan çıxması və bu ölkəyə tətbiq olunan sanksiyalara geri qayıtması səbəbindən pis vəziyyətdədir.



Әlaqәli Xәbәrlәr